Xəbərlər
İlqarə yeni işindən görüntülər paylaşdı
Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova DJ işləməyə başlayıb.
Millinews.az xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb. Bildirilib ki, o, uzun müddət dünyanın ən məşhur DJ-lərindən dərslər alıb. İndi isə paytaxt Bakıda ən elit məkanlarda DJ olaraq səhnə alır. Bir neçə gün əvvəl 33 yaşını qeyd edən İlqarə hətta öz doğum günündə sevənlərini səhnədən salamlayıb, onların qarşısına DJ kürsüsündən çıxıb.