Xəbərlər
Rusiya İsrailin xəstəxanaya hücumuna görə ABŞ-ı qınadı: İndi hamımız…
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İsrailin Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına hücumu ilə bağlı ABŞ-ın siyasətini tənqid edib.
Millinews.az xəbər verir ki, Zaxarova İsrailin Qəzzada xəstəxanaya hücumu ilə bağlı sosial media hesabından açıqlama verib. Yaxın Şərqdən gələn xəbərləri dəhşətlə izlədiyini qeyd edən Zaxarova, “Obamanın (ABŞ-ın keçmiş prezidenti) dəfələrlə dilə gətirdiyi, “Amerika siyasəti sayəsində dünya daha təhlükəsiz hala gəldi” tezisini xatırlayıram. İndi hamımız bunun necə olduğunu görürük”,- deyə bildirib.
Xatırladaq ki, İsrailin Qəzzada Əl-Əhli Baptist Xəstəxanasını bombalaması nəticəsində ölənlərin sayı 500-ə yüksəlib.
Nəzrin