Xəbərlər
Sülhməramlılar Qarabağda 13 post qurdu, onlardan 8-i…
2023-cü il sentyabrın 19-dan etibarən Əsgəran, Ağdərə, Xocavənd və Şuşa rayonlarında Rusiya sülhməramlılarının 8 müşahidə məntəqəsi və 16 müvəqqəti müşahidə postu bağlanıb.
Millinews.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyin günlük bülletenində deyilir.
Yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə 13 post quraşdırılıb. Onlardan 8-i Azərbaycan tərəfi ilə birgə fəaliyyət göstərir.
Rusiya sülhməramlılarının iştirakı ilə Qarabağın məskunlaşma olan ərazilərinə elektrik enerjisi və qazın verilməsinin bərpası istiqamətində işlər davam etdirilir.
Hüseyn İbadlı