“Övladlarımızı evləndirmişik. Nəvələrimiz də var. Bircə arzum var, o da xanımımla bu dünyadan birlikdə köçək. O da Allahın bilən məsləhətdir”.
Millitv.net axşam.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev “7 tamam” verilişində deyib.
O əlavə edib: “Sevgidən danışmaq yaşıma yaraşmaz. Amma aramızda həmin hörmət hələ də var. Yenə dünyaya gəlsəm, yenə onunla ailə qurardım. Çətin adamam, hər qadının işi deyil məni yola versin. O, ailə quranda anam dedi ki, arvad olmaq istəyirsənsə, onunla ayaqlaş.
Mənimlə hamı yola getməz, ancaq o getdi. Ona təşəkkür edirəm ki, övladlarıma gözəl ana oldu. Bu gün baxıb deyirəm ki, ilahi, məndən xoşbəxt ata var? Övladlarıma 1 həftə də zəng etməsəm, rahatam. Vaxt var idi, onları mənə görə tanıyırdılar. Amma indi deyirlər, Elçinin atasıdır”.