Xəbərlər
Rəisi Ərdoğandan sonra Putinlə də danışdı
Rusiya və İran prezidentləri arasında telefon danışığı olub.
Millinews.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb. Qeyd edilib ki, Vladimir Putin və İbrahim Rəisi telefon danışığında İsrail-Fələstin münaqişəsini müzakirə ediblər.
Eyni zamanda, Putin və Rəisinin Cənubi Qafqazdakı dəyişiklikləri müzakirə etdikləri də bildirilib.
Xatırladaq ki, bundan öncə Rəisi Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla telefonda danışığında İsrail-Fələstin münaqişəsini müzakirə etmişdi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.