İdman

10 yaşlı Sərxanı xilas edən polkovnik görün kimin oğlu imiş – FOTO

Dekabrın 25-i paytaxtın Səbail rayonunda baş vermiş qəzada 10 yaşlı Sərxana operativ kömək edərək onu dərhal xəstəxanaya çatdıran polis polkovnik-leytenantı Müşfiq Gözəlov tanınmış şəxsin övladı imiş.

Bu barədə Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova məlumat yayıb.

O bildirib ki, Müşfiq Gözəlov Şuşanın sabiq icra başçısı Mikayıl Gözəlovun oğludur. M.Gözəlov 1991-ci ilin dekabrında icra başçısı ikən Şuşada müəmmalı şəraitdə qətlə yetirilib.

Qeyd edək ki, Müşfiq Gözəlov polis zabiti kimi bir sıra vəzifələrdə çalışıb, hazırda Daxili İşlər Nazirliyində məsul postlardan birini tutur.

Onun bacısı Səbinə Gözəlova isə 2023-cü ildə Şuşa şəhər 1 nömrəli məktəbin direktoru təyin olunub.

Xatırladaq ki, yol qəzasından xəsarət alan 10 yaşlı Sərxan dünən xəstəxanadan evə buraxılıb.

Hadisənin videosunu təqdim edirik

94758bb3 6701 4085 99b1 7ea8ff016b92 2

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu