İdman
“Qarabağ” üçün TARİXİ ŞANS – Baş məşqçi qovuldu, aləm bir-birinə dəydi

“Ayntraxt Frankfurt” klubu baş məşqçi Dino Topmöllerlə əməkdaşlığa son qoyub.
Publika.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Səbəb kimi Frankfurt təmsilçisinin son oyunlarda uğursuz çıxış etməsi göstərilib.
Topmölleri müvəqqəti olaraq U21-in baş məşqçisi Dennis Şmitt və U19-un məşqçisi Aleksandr Meyer əvəz edəcəklər. Şmitt aparıcı rol oynayacaq.
Qeyd edək ki, “Antraxt” klubu növbəti oyununu iyulun 21-də Çempionlar Liqasının 7-ci turu çərçivəsində Bakıda “Qarabağ”a qarşı keçirəcək.



