İdman

“Qarabağ” müdafiəçisini də itirə bilər – Ona da TƏKLİF GƏLDİ

“Qarabağ”ın müdafiəçisi Mateus Silva Braziliyanın “Vitoria” klubunun hədəfindədir.

Bu barədə “MeuVitoria” məlumat yayıb. İlkin əlaqələr artıq baş tutub, lakin hələlik rəsmi təklif və ya aktiv danışıqlar olmadığı üçün razılaşma olmayıb.

Transferə mane olan əsas amil braziliyalı futbolçunun Ağdam klubu ilə uzunmüddətli müqaviləsidir.

Qeyd edək ki, Braziliya mətbuatı “Flamenqo”nun da onunla maraqlandığı iddia edir.

Ağdam klubu ilə Mateus Silva arasındakı müqavilə 2027-ci ilin yayına qədər qüvvədədir.//Publika.az

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu