İdman
Azərbaycanda 5 gün iş olmayacaq – Bayramla bağlı YENİ BÖLGÜ BELƏDİR

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycanda ardıcıl beş gün qeyri-iş günü olacaq.
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar tarixləri isə Yeni il bayramı günləridir.
Yanvarın 3-ü və 4-ü isə şənbə və bazar günlərinə təsadüf edir.
Beləliklə, 31 dekabr və 1–4 yanvar tarixlərində ölkə üzrə iş olmayacaq.



