Xəbərlər

Serxi Roberto “Barselona”da son mövsümünü keçirəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Barselona”nın müdafiəçisi Serxi Roberto bu mövsüm sonuncu dəfə komandada olacaq.

Jurnalist Toni Xuanmarti xəbər verir ki, katalonların kapitanı 2024-cü ilin iyununda başa çatacaq müqaviləsinin yenilənməyəcəyi ilə razılaşıb.

Bildirilir ki, Joao Kanselonun mövsümün ilk aylarında göstərdiyi yaxşı performans Robertoya yeni müqavilə təklifini çətinləşdirib. Belə ki, portuqaliyalı futbolçu cari mövsümdə səkkiz oyuna çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib.

Qeyd edək ki, Kataloniya klubunda keçirdiyi on mövsümdə Serxi 25 titul qazanıb. İspan futbolçu karyerasını ABŞ MLS və ya Səudiyyə Ərəbistanı Liqasında davam etdirə bilər.

Xatırladaq ki, onun keçmiş komanda yoldaşları Messi, Buskets və Alba “İnter Mayami” klubunda çıxış edirlər.

Mənbə: championat.com

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu