Bir ailənin 3 üzvü və qonşu… – 4 nəfərin öldüyü yanğınla bağlı YENİ TƏFƏRRÜATLAR

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış massivində yerləşən 9 mərtəbəli yaşayış binasında dörd nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı bəzi təfərrüatlar məlum olub.
Teleqraf xəbər verir ki, yanğının qazsızmadan baş verdiyi ehtimal edilir.
Məlumata görə, yanğın 7-ci mərtəbədə başlayıb, ölən şəxslər isə binanın 9-cu mərtəbəsində yaşayır. 3 nəfər bir ailənin üzvüdür, digər ölən şəxs isə qonşudur.
Qeyd edək ki, yanğın zamanı ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb, hadisə nəticəsində əmələ gələn tüstüdən 4 nəfər (onlardan 2-si azyaşlıdır) boğularaq ölüb.
Yanğınla əlaqədər Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.



