İdman
Pəncəli Teymurova “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi

Pəncəli Teymurova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Teymurov Pəncəli Nurməmməd oğlu ölümündən sonra bu fəxri ada layiq görülüb.
Qeyd edək ki, Pəncəli Teymurov 24 martında Astara rayonunun Əzərüd kəndində anadan olub. 1986–1998-ci illərdə Astara rayonu, B. Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb. 1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda xidmət edib. 2016-cı ildə Aprel döyüşlərində şəhid olub.



