İdman

Onlar övladlarını vaxtsız itirdilər – Siyahı

Kulis.az övladını vaxtsız itirən şair və yazıçıların siyahısını təqdim edir.

Yazıçı Sabir Əhmədlinin oğlu Məhəmməd Əhmədli 1970-ci il fevralın 12-də Bakı şəhərində anadan olub. Qarabağ döyüşlərinə könüllü yollanan Məhəmməd 1994-cü il fevral ayının 12-də 24 yaşının tamamında snayperlə vurularaq Murovda şəhid olub. Məhəmməd Bakıdakı II Fəxri xiyabanda torpağa tapşırılıb. Sabir Əhmədli ömrünün son illərində oğlundan bəhs edən “Axirət sevdası” adlı roman yazıb.

262499341 459741715569026 1982544136518591758 n 1638446445

Şair Hüseyn Arifin yeganə oğul övladı Arif yol qəzasında dünyasını dəyişərək həlak olub. Bu hadisədən sonra şair özünə Arif təxəllüsünü götürüb. Oğlunun ölümünə isə şeir yazaraq dərdini belə ifadə edib:

Hüseyn Arifəm, közə dözərdim,
Enişə, yoxuşa, düzə dözərdim.
Səksənə, doxsana, yüzə dözərdim –
Əllidə Arifi itirməsəydim.

1600077705963 HveN0EQ1 1638447274

Xalq yazıçısı Süleyman Rəhimovun oğlu seysmoloq Şamo Rəhimov 1965-ci ilin iyul ayında 34 yaşında ikən qəflətən vəfat edib. Yazıçı ölümündən əvvəl ailəsinə bu cür vəsiyyət edir: “Mən öləndə, məni heç yanda yox, ancaq və ancaq mənim bəlama düşən Şamilin – Şamonun şimal tərəfində, çəpinə, üzü Şamilə tərəf dəfn edin. Mənim qibləgahım oğlum olsun! Mənim səcdəgahım oğlum olsun! Mənim “Fəxri xiyabanım” oğlumun yanı olsun! Qoy, qəbiristanlığın bir tərəfində “Oğul-Ata” məqbərəsi dayansın. Bu özü də bizim faciəmizdən xəbər verər, çox təqib-təhqirlər açıb aləmə, xalqımıza deyər”.

263228240 276856824404521 1908515813021069275 n 1638447218

Xalq şairi Süleyman Rüstəmin 1935-ci ildə Azad adlı oğlu dünyaya gəlir. O, yaş yarımlıq olanda dizinteriyaya yoluxur, onu həkimə çatdıra bilmirlər və dünyasını dəyişir. Ailədə ikinci Azad adlı övlad bir də on bir ildən sonra 1946-cı ildə doğulur.

263207113 490350935572419 3361888030388954444 n 1638447183

Xalq şairi Xəlil Rza Ulutürkün oğlu Milli Qəhrəman Təbriz Xəlilbəyli 1991-ci ilin sonunda könüllü olaraq Birinci Qarabağ müharibəsinə yollanır. 1992-ci il yanvarın 31-də “Daşaltı əməliyyatı” zamanı snayperlə vurularaq şəhid olur. Bakıda Şəhidlər Xiyabanında dəfn edilir. Şair oğlunun ölümünə bu misraları həsr edir.

Məqbərənə gül düzərək,
Gülüm, Təbrizim, Təbrizim!
Doğrudanmı səni tapdı
Ölüm, Təbrizim, Təbrizim!

Xelil 1638446635

Yazıçı, tərcüməçi Vilayət Quliyevin qızı Humay Quliyeva 2021-ci ilin mart ayının 13-də ürək tutmasından dünyasını dəyişib.

263184690 508683023453436 465307092973115529 n 1638446663

Nəbi Xəzrinin 1960-cı il təvəllüdlü oğlu Ələkbər dörd yaşında dünyasını dəyişib. Bu itki şairə böyük zərbə olur. O, ömrünün axırına qədər bu sarsıntısından xilas ola bilmir. Hətta Ələkbəri mindirib gəzdirdiyi avtomobili oğlunun ölümündən sonra heç vaxt sürmür. O maşını satıb, başqası ilə əvəzləyir.

262271192 629434251531710 1260649299235657044 n 1638446728

İkinci dünya müharibəsi zamanı ailə quran yazıçı Əzizə Cəfərzadənin bir qızı dünyaya gəlib. Yazıçı qucağında uşaq küçədə gedərkən uşaq əlindən yerə düşür və başından zərbə alaraq dünyasını dəyişir. Bundan sonra o, kiçik yaşda olan qardaşı oğlu Turanı və Kəmaləni öz övladlı kimi böyüdür. Turanın onun övladı olmasını rəsmiləşdirir.

263325503 2439047986228485 2943731890530403617 n 1638446764

Şair Şaiq Vəlinin böyük oğlu 1994-cü ildə Bakıda hərbi xidmət keçərkən aldığı güllə yarasından həlak olub. İkinci oğlu Gəncədə yol qəzasında dünyasını dəyişib. Şairin 15 yaşlı oğlu Pərviz Vəliyev isə ötən ilin yayında dənizdə bataraq dünyasını dəyişib.

262478890 593052821980668 5999254904298571610 n 1638446800

Şair Fikrət Sadıqın böyük oğlu İlkin gənc yaşda dünyasını dəyişib. Şair oğlunun həsrəti ilə şeirlər yazıb:

Güclü pəhləvandın, yoxsa
Dəmirçiydin, nə idin balam!
Məni ikiqat qatdadın
Düz qəddimi əydin, balam!

262615143 295803472551499 5200022866923362340 n 1638446836

Şairə Xanım İsmayılqızının oğlu Fərid Əliyev 1980-ci ildə anadan olub. 1996-cı ildə məzun olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olub və oranı uğurla bitirib. Fərid 2014-cü il iyulun 6-da ürək tutmasından dünyasını dəyişib.

262495029 623969245714318 1363776065963445970 n 1638446871

Şair Eldar Baxışın oğlu Andayın beş yaşı olanda onu maşın vurur və uşaq həlak olur. Andayı vuran cavan oğlanın bir həftədən sonra toyu olacaqmış. Hərəkətində cinayət tərkibi olduğu üçün həbs olunur. Amma Eldar onun tutulmasına razı olmur. Anası, həyat yoldaşı, bacısının etirazlarına baxmayaraq, Eldar həmin adamı bağışlayır. Sonralar Eldar Baxış ağır xəstə yatanda həmin adam bir neçə dəfə gəlib ona baş çəkir.

263091094 2693352664303037 1289215855445744848 n 1638446954

Xalq şairi Fikrət Qocanın oğlu 54 yaşlı Yalçın Qocayev dostları ilə yeyib-içəndən sonra mübahisə edirlər. Elnur adlı dostu mübahisə zamanı Yalçın Qocayevi döyür, Sumqayıt sakini Ruslan Məmmədov isə onun başına butulka ilə zərbə endirir. Zərbənin təsirindən güclü qanaxma başlayır və o, həyatını itirir.

fikretqoca 1638447053

Yazıçı-publisist Mehriban Vəzirin oğlu hərbi xidmət keçən müddətdə vəfat edib. Mərhum Bakının Yasamal qəbiristanlığında dəfn edilib.

263422909 906402503647600 7154484937379307291 n 1638446995

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu