İdman

“Özəl xəstəxanaların əksəriyyəti insanları soymaq üçündür, dişi ağrıyır, deyir ki, get qan analizi ver”

“Mən həmişə dövlət xəstəxanalarına üz tutmuşam. Bir-iki dəfə olub ki, “check-up” müayinə üçün özəl xəstəxanalara getmişəm. Mən təcrübəli həkimlərin yanına gedirəm. Elə həkimlər var ki, bütün gün sosial şəbəkədədirlər. Sənin pasientin çoxdursa, yaxşı həkimsənsə, sosial şəbəkəyə necə vaxtın var?”.

Millitv.net Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova “Xəbər-ertəsi” proqramında deyib. O, özəl xəstəxanalardakı qiymətlərdən şikayətlənib:

“Özəl xəstəxanaya bir dəfə daxil olursan, vəssəlam. Nəfəs alan kimi deyirlər ki, bizim xəstəxananın 3 dəfə havasını almısınız, 20 manat da ona görə yazırlar. Adamın dişi ağrıyır, deyir ki, get qan analizi ver. Məcazi mənada deyirəm yəni. Bu gün özəlllərin əksəriyyəti insanları soymaq üçündür, ancaq pul. Özəl xəstəxanada işləyən əksər həkimlərə etibar etmirəm. Yaxşı həkim dövlət xəstəxanasında da işləyər”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu