İdman

Nazpəri gəlinindən danışdı: Sevgini görür və ona görə də məni sevir

Xalq artisti Nazpəri Dostəliyeva gəlini Ülkərdən danışıb.

Gəlini ilə münasibətlərindən “Qonaqcanlı” verilişində söhbət açan sənətçi onu tərifləyib:

“Bir ana-bala kimi hər zaman sözsüz ki, münasibətimiz yaxşı olmalıdır. Əgər gəlin məni sevirsə, bu, qarşılıqlıdır. Sevgini görür və ona görə də məni sevir. Mənim ona sevgim az olsa, elə onun da az olacaq. Ülkəri Allah ailəsindən, övladlarından yarıtsın. Esmira xanıma da təşəkkür edirəm ki, gözəl gəlin, qız həyata gətirib. Maşallah, bacarığı, qabiliyyəti, hər şeyi yüksək səviyyədədir”.

Qeyd edək ki, Ülkər Nazpərinin oğlu Əkbərin həyat yoldaşıdır. Onların iki övladı var.  (Axşam.az)

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu