İdman

“Bacısının ərinə göz dikən qadınları…” – Aparıcı əsəbləşdi

“Hüquqşünaslar belə, qalmaqal olmayan efirdə qonaq olmaq istəmir. Hansı biri çıxıb deyər ki, insanlara heç bir qarşılıq gözləmədən hüquqi dəstək göstərməyə hazıram? Təbii ki, heç biri”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış aparıcı Amil Xəlil deyib. O, sosial və şou xarakterli verilişləri tənqid edən tamaşaçılara belə cavab verib:

“Qalmaqal yaradan aparıcılar yaxşı ki, var. Çünki onların sayəsində bu gün televiziya baxımlıdır. Azərbaycan tamaşaçısının qarşısında rus, türk və digər ölkələrin televiziya kanalları kimi çoxsaylı alternativlər var. Xüsusilə də, bacısının ərinə göz dikən qadınları ssenariləşdirən türk serialları kimi proqramlar geniş yayılıb. Tamaşaçılarımız bu seriallara əlləri çatmadığı üçün yerli televiziya kanallarındakı qalmaqalları tənqid edirlər.

Düşünmürəm ki, hansısa ölkədə şousuz televiziya kanalları olsun. İranda belə, şou xarakterli verilişlər yayımlanır. Hətta bu ölkə İslam dövləti olsa da, bəzi proqramları yığışdırıb, qalmaqallı efirləri böyük layihələrlə əvəz edirlər. Lakin yenə də qalmaqaldan tamamilə qaçmaq mümkün olmur.

Tamaşaçılar deyirlər ki, tarlı-kamanlı verilişlər hazırlansın, amma söz versələr ki, belə proqramlara mütləq baxacaqlar, inanmıram. Əgər bunu etsələr, atama lənət!”.

Aparıcı xarici serialların ölkəmizdə bəh-bəhlə izlənib, yerli verilişlərin tənqid olunmasına birmənalı reaksiya göstərib:

“Mənim “Xoş gəldin” adlı verilişim var. Ucqar kəndlərə gedirəm. Bəzən o ərazilərdə cəmi 200 nəfər sakin belə yaşamır. Həmin verilişlə eyni vaxtda yayımlanan şou proqramlarına isə, məhz qalmaqal baş verdiyi üçün daha çox baxılır. “Xoş gəldin” kimi sosial verilişlər isə çox vaxt tamaşaçı cəlb edə bilmir. Tamaşaçılara sual vermək lazımdır: Sosial şəbəkələrdə televiziya kanallarından tələb etdiklərinizi öz evinizdə tələb edə bilirsinizmi?

İzləyicilər yerli aparıcıları və verilişləri tənqid etsələr də, xarici seriallardakı 18+ hətta 30+ səhnələri ailəlikcə izləməkdən çəkinmirlər. Bizim dövrümüzdə “Anastasiya” adlı serial yayımlanırdı. İki qardaş birlikdə baxsaq belə, uyğunsuz səhnə görəndə üzümüzü çevirirdik. İndiki valideynlər isə, qızları ilə birgə əxlaqa zidd səhnələri böyük maraqla izləyirlər. Amma sosial şəbəkələrdə yerli aparıcıların işlətdiyi ifadələri kəskin şəkildə tənqid edirlər.

Digər tərəfdən, sosial verilişlərdə iştirak edən vəkillər belə reytinqli efirlərə üz tuturlar. Biri çıxıb deyə bilərmi ki, bütün ehtiyacı olanlara təmənnasız xidmət göstərəcəm? Xeyr. Amma qalmaqallı verilişlərdə iştirak etmək üçün birbaşa müraciət edirlər”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu