Ölkə
Azər Baxşəliyevin durumu – “Möcüzənin baş verəcəyi son gecə…”
Aktyor Azər Baxşəliyev hələ də süni tənəffüs aparatındadır.
Bu barədə aktyorun həmkarı İlkin Həsəni sosial media hesabındakı səhifəsində bildirib.
“Bu gecə möcüzənin baş verə biləcəyi son gecədir. Dualarımız dayanmayacaq, ümidimiz sönməyəcək”,-deyə İ.Həsəni qeyd edib.
Xatırladaq ki, böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev bir neçə gün öncə koma vəziyyətində xəstəxanaya çatdırılıb.