Xəbərlər
Millinews.az – Mərkəzi küçədə iki avtomobil toqquşdu
![Millinews.az - Mərkəzi küçədə iki avtomobil toqquşdu 1 W1siZiIsIjIwMjMvMTAvMTMvMDkvMjEvMDMvMGM5N2VmYmItZDIxYy00MmI4LThlMGYtMjEzYjhlNGNlYmVhLzM2ODU1NTU3OF82NDU5MDMzODQyMDAxODhfMTY4ODMxMzc2MDM2NjgyNzY4NF9uLmpwZyJdXQ](https://millitv.net/wp-content/uploads/2023/10/W1siZiIsIjIwMjMvMTAvMTMvMDkvMjEvMDMvMGM5N2VmYmItZDIxYy00MmI4LThlMGYtMjEzYjhlNGNlYmVhLzM2ODU1NTU3OF82NDU5MDMzODQyMDAxODhfMTY4ODMxMzc2MDM2NjgyNzY4NF9uLmpwZyJdXQ-780x470.jpeg)
Bakının mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, qəza Vidadi küçəsi ilə Rəsul Rza küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, “Toyota Prius” markalı 77-HZ-845 dövlət nömrə nişanlı avtomobillə “Nissan Tiida” markalı 10-RY-765 dövlət nömrə nişanlı avtomobil toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb. Hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.