Aktyor Azər Baxşəliyev vəfat edib?
“Həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, o, süni tənəffüs aparatına qoşulub”.
Oxu.Az xəbər verir ki, bu barədə İlkin Həsəni məlumat yayıb.
Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev dünən günorta vaxtı koma vəziyyətində xəstəxanaya çatdırılıb. Bu gün xəstəxana onun ölümü ilə bağlı xəbər yayıb. Daha sonra isə həkimlərin səyi ilə ürək fəaliyyətinin bərpa olunduğunu, süni tənəffüs aparatına qoşulduğunu açıqlayan ikinci məlumatı yayıb.
****
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsində koma vəziyyətində olan aktyor vəfat edib.
Bu barədə Modern.az-a klinikadan məlumat verilib.
***
Vəfat xəbəri yayılan aktyor Azər Baxşəliyev koma vəziyyətində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Modern.az xəbər verir ki, ATU-nun mətbuat katibi Günel Aslanova “Report” bildirib ki, aktyor ötən gecə ağır vəziyyətdə tibb müəssisəsinə gətirilib.
O qeyd edib ki, A.Baxşəliyev gətirilərkən koma vəziyyətində olub və dərhal Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır, aparata qoşulub.
****
Aktyor Azər Baxşəliyev vəfat edib.
Modern.az xəbər verir ki, aktyor böyrək çatışmazlığından əziyyət çəkirdi. O, uzun müddətdir böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı.
Azər Baxşəliyev “Bozbash pictures”də “Ağsaqqal” obrazı ilə sevilirdi.