Ölkə

Həlak olan pilotun 14 illik dostu – Qəzadan iki gün öncə…

“Aleksandr ilə yaxın dost idik”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında təyyarə qəzası zamanı həyatını itirən pilot Aleksandr Kalyaninin yaxın dostu deyib.

O, həmçinin qeyd edib ki, Aleksandr ilə ölümündən iki gün əvvəl görüşüb:

“Aleksandr mənim ən yaxın dostum idi. Onunla həm xaricdə, həm də Azərbaycanda birgə təhsil almışıq. Çox dürüst və düz adam idi. Belə insanlar həyatda az olur. Onunla ölümündən iki gün əvvəl görüşmüşdük. Hadisə baş verən gün də görüşməli idik. Alınmadı…”  

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu