Xəbərlər

Dünyanın ən bahalı hücumçuları – İlk üçlükdə kimlər var?

futbol pul

“Transfermarkt” internet portalı özünün “Telegram” kanalında dünyanın ən bahalı hücumçularının siyahısını dərc edib.

Millinews.az xəbər verir ki,10-luğa “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland və PSJ-nin fransalı hücumçusu Kilian Mbappe başçılıq edir. İlk üçlüyü “Real Madrid”dən Vinisius Junior (150 milyon avro) tamamlayıb.

Dünyanın ən bahalı 10 hücumçusu:

  • Erlinq Haaland (Mançester Siti, 180 milyon avro);
  • Kilian Mbappe (PSJ, 180 milyon avro);
  • Vinisius Junior (Real Madrid, 150 milyon avro);
  • Bukayo Saka (Arsenal London, 120 milyon avro);
  • Viktor Osimhen (Napoli, 120 milyon avro);
  • Filip Foden (Mançester Siti, 110 milyon avro);
  • Harri Keyn (Bavariya, 110 milyon avro);
  • Rodriqo Qoes (Real Madrid, 100 milyon avro);
  • Lautaro Martinez (İnter, 100 milyon avro);
  • Rafael Leau (Milan, 90 milyon avro).

Haaland keçən mövsüm İngiltərənin “Mançester Siti”sinin ən yaxşı oyunçusu seçilib. O, 52 matçda iştirak edib, bütün yarışlarda 52 qol vurub və 9 məhsuldar ötürmə verib. Qeyd edək ki, bu, norveçlinin İngiltərə Premyer Liqasında (APL) debüt mövsümü idi.

Avqustun 31-də norveçli forvard Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) versiyasına görə ilin ən yaxşı futbolçusu seçilib .

Premyer Liqanın növbəti turunda “Mançester Siti” “Mançester Yunayted”lə qarşılaşacaq. Qarşılaşma oktyabrın 29-da baş tutacaq.

Hüseyn İbadlı

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu