MaqazinÖlkə

“Həmin sənət adamının yiyəsi, övladı, həyat yoldaşı yoxdur ki…”

“Mən demək olar ki, efirlərimizə baxmıram. Bizim sosial verilişlər utancverici səviyyədədir. Kütlənin səviyyəsi gör nə qədər aşağıdır ki, o, efirdən sosial verilişlərə baxır. Əgər veriliş reytinq toplayırsa demək ki, o tip verilişlərə baxan var”.

Millitv.net olay-a istinadən bildirir ki, bu sözləri Xalq artisti İlham Namiq Kamal qonaq olduğu “YouTube”da yayımlanan “Künc-Bucaq” layihəsində deyib.

İctimai – sosial verilişləri qınayan Akademik Musiqili Teatrının aktyor həmkarlarının o proqramda iştirak etməsinə sərt reaksiya bildirib:

“Mən yalnız AzTV, Mədəniyyət və İctimai televiziyanın efirinə çıxıram. Kanallar var ki, məni orada yalnız bir veriliş maraqlandıra bilər və ora gedə bilərəm. İnsan illərlə hörmət qazanır. Amma o verilişlərə çıxaraq o hörməti bir anın içində itirə bilərsən. Niyə ora gedim və hörmətimi itirim? Müəyyən sosial verilişlər var ki, həmkarlarım orada iştirak edirlər. Baxıb görürəm ki, onlarda qoşulublar o verilişə gələn insanlara. Fikirləşirəm ki, həmin sənət adamının yiyəsi, övladı, həyat yoldaşı yoxdur ki, desin ana sən o verilişə niyə getmisən? Ayıb deyil?”

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu