Xəbərlər

Millinews.az – Göygöldə mikroavtobusla avtomobil toqquşdu: Xəsarət alanların kimliyi bilindi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göygöl rayonunda avtomobil qəzasına düşən şəxslər Şəmkir rayonundaki istixanalardan birində çalışırmışlar.

“Report”un məlumatına görə, onlar işdən çıxıb “Mercedes” markalı mikroavtobusla Goranboy rayonuna doğru hərəkət edirmişlər. Bu zaman nəqliyyat vasitəsi Göygöl rayonu ərazisində VAZ markalı avtomobillə toqquşub.

Nəticədə biri azyaşlı olmaqla 12 nəfər xəsarət alıb. Onlardan 1992-ci il təvəllüdlü Röyal İlqar oğlu Hacıyev, 2007-ci il təvəllüdlü Fidan Baxşəliyeva, 1984-cü il təvəllüdlü Günay Məhəmməd qızı Dəmirova, 1983-cü il təvəllüdlü Mətanət Ələkbər qızı Heydərova, 1972-ci il təvəllüdlü Səfaqət Mustafa qızı Ağayevanın vəziyyəti orta-ağır, digərlərinin isə vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma davam etdirilir.

18:46

Göygöldə mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 12 nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, “Mercedes-Benz” markalı mikroavtobusla VAZ markalı minik avtomobili toqquşub.

Hadisə yerinə yol polisləri və təcili tibbi yardım briqadası cəlb olunub.

Yaralılar xəstəxanaya yerləşdirilib, hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.

Onların arasında azyaşlı da olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu