Xəbərlər

Milli Məclisin deputatları İtaliyaya gedəcəklər


Milli Məclisin deputatları – Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli oktyabrın 16-da İtaliyanın paytaxtı Roma şəhərinə səfər edəcəklər.

Millinews.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Deputatlar səfər çərçivəsində İtaliya parlamentində keçiriləcək bir sıra ikitərəfli görüşlərdə iştirak edəcəklər.

Səfər oktyabrın 20-də başa çatacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu