Xəbərlər
Sülhməramlıların Şuşadakı müşahidə məntəqəsi bağlandı
Rusiya sülhməramlılarının Şuşadakı daha bir müşahidə məntəqəsi bağlanıb.
Millinews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Ümumilikdə sentyabrın 19-dan Əsgəran, Şuşa, Xocavənd və Ağdərə rayonlarında sülhməramlılların 7 müşahidə və 15 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova oktyabrın 10-da keçirdiyi brifinqdə bildirib ki, artıq Rusiya sülhməramlılarının bir sıra stasionar və müvəqqəti müşahidə postları yığışdırılıb. Sülhməramlılara aid prinsipial məsələlər Bakı ilə müzakirə olunur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.