MaraqlıMaqazinÖlkə

“İki oğlumun qonşu Rəhimdən olduğunu anladım” – Bakıda rəzillik

Bakının Sabunçu rayonunda 1985-ci il təvəllüdlü Səlim Məmmədov və onun qardaşı oğlu, 1989-cu il təvəllüdlü Natiq Məmmədov cinayət törədiblər.

Səlim Pirşağı qəsəbəsində uşaqların paltarlarını aparmaq istəyən qayınanası Zəminə ilə mübahisə edib.

Zor tətbiq etməklə onu yerə yıxıb, sürüyərək evdən çıxarıb. Bu zaman qayınanasına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Beş gün sonra Səlim qardaşı oğlu Natiqlə qonşu Rəhimə yumruq və təpiklərlə bədəninin müxtəlif nahiyələrinə vurublar. Bu zaman onların qarşısına keçən Rəhimin atası Anarı və əmisi oğlu Vəlini də döyüblər.

“Sübut edə bilmədim”

İstintaq orqanı tərəfindən Səlimin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) maddələri ilə, Natiq isə Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham olunub.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səlim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, Fəridə ilə 2011-ci ildə ailə həyatı qurub və onların birgə nikahından üç övladı doğulub: “Təxminən 2-3 il əvvəl xəbər tutdum ki, arvadım Fəridə qonşumuz Rəhimlə mənə xəyanət edir. Həmin ərəfədə arvadım qorxusundan evdən qaçdı.

Dəfələrlə mənə xəyanət etməsini boynuna almasını təklif etsəm də, razılaşmadım. Əlimdə sübut olmadığına görə çarəsiz qaldım. Arvadım dəfələrlə ata evinə gedib, sonra geri qayıdıb”.

“İki oğlumun məndən olmadığını anladım”

Səlimin sözlərinə görə, arvadı sonuncu dəfə evdən gedib və daha qayıtmayıb: “İki oğlumun məndən olmadığını, qonşu Rəhimdən olduğunu anladım. Sübut edə bilmədiyim üçün heç kim mənə inanmadı.

Hadisə baş verən günü qayınanam həyətə gələrək uşaqların paltarlarını istədi. Həmin vaxtı böyük oğlum da qayınanamın yanında idi. Mən evdəki paltarların balaca olduğunu, onsuz da uşaqlara yaramadağını bildirdim. Aramızda mübahisə yarandı. Qayınanam qışqır-bağır salaraq uşaqla sakit söhbət etməyə imkan vermədi.

Bir neçə dəqiqə sonra qayınanamın qardaşı Elşad gəldi. Elşad mənə hücum edərək yumruq atdı. Biz əlbəyaxa olduq və mübahisə etdik. Hadisə yerinə qardaşım Rasim gəldi.

“Qabağıma keçəni vurdum”

Səlim qeyd edib ki, bundan sonra Rəhimin atası Anar ona zəng vurub və nalayiq ifadələrlə məhəlləyə çağırıb: “Anar telefonda məni elə-belə səbəbsiz söydü. Məhəllədə Anarla görüşdük. Həmin vaxt yanımda qardaşım oğlu Natiq də var idi. Anarın yanında isə oğlanları – Rəhim, Oruc və tanımadığım qohumları dayanmışdı.

Orada hamısı birdən üstümə düşərək məni döydülər. Mən də qabağıma keçəni vurdum”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Anar bildirib ki, Rəhim onun oğlu, Vəli isə qardaşı oğludur: “Təqsirləndirilən Səlimi tanıyıram. Yaşadığım Pirşağı qəsəbəsində bir məhəllədə onunla uzun illər yaşamışıq. Normal münasibətlərimiz olub. Pirşağıda evimdə olan vaxt qardaşım oğlu Vəli gəldi, Səlimin ona video göstərdiyini dedi.

Həmin videoda oğlum Rəhimin əl-qolu bağlıydı, Səlim onun arxa hissəsinə taxta toxunduraraq arvadı ilə əlaqəsini etiraf etməyi tələb edirdi. Rəhimdən heç nə soruşmadan dərhal Səlimə zəng vurdum. Səlimi məhəlləyə evimizin yanına gəlməsini istədim.

Əvvəlcə razılaşsa da, sonra zəng vuraraq gəlməyəcəyini dedi. Telefonda Səlimə “məni dolamısan?” deyə soruşdum. Səlim isə “gəlməyəcəkdim, amma sənin bu sözündən sonra gələcəyəm” dedi”. / teleqraf.com

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu