Ölkəİdman

Lamiyə inanılmazı bacardı – FOTO

Azərbaycan paraatleti Lamiyə Vəliyeva Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, idmançı T13 kateqoriyasında 100 metr məsafəni 11,94 saniyəyə başa vurub.

L.Vəliyeva bu nəticə ilə bütün rəqiblərini qabaqlayaraq dünya çempionu olub.

Qeyd edək ki, bu, 22 yaşlı Paralimpiya çempionunun ümumilikdə üçüncü dünya çempionluğudur. L.Vəliyeva ötən il Parisdə təşkil edilən mundialda 100 və 400 metr məsafələrə qaçış üzrə qızıl medal qazanıb. / MilliTv.NET

default

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu