MaraqlıMaqazin

“İstəyirəm, buna görə mənə nifrət etsinlər” – Azərbaycanlı aktrisadan ŞOK SÖZLƏR

“Fəryad” filmində Xalq artisti Məlik Dadaşov rolunu elə oynamışdı ki, hamı ona nifrət edirdi. Aktyor, aktrisa bu nifrətdən qorxmamalıdır”.

Bunu Yenicag.az-a açıqlamasında gənc aktrisa Aydan Ağayeva müsbət rollarla bağlı akytorların özünə qoyduğu qadağalardan danışarkən deyib.

O heç vaxt tamaşaçı nifrəti qazanmaqdan qorxmadığını bildirib:

“Hesab edirəm ki, peşəkar aktyor rol müsbətdir, ya mənfidir deyə seçim etməməlidir və özünə qadağa qoymamalıdır ki, bu obrazı oynayaram, ya oynamaram. Bəzən aktyorlar mənfi obrazı oynamaqdan çəkinir, qorxur. Bu obrazın doğuracağı reaksiyadan ehtiyat edir. Məncə, bu, düzgün seçim deyil.

Hər bir obrazı oynayaram, çünki aktrisayam və bu mənim işimdir. Dəli obrazını da canlandıraram, fahişə obrazını da. İstəyirəm, buna görə mənə nifrət etsinlər. Getdiyim yerlərdə üstümə gəlsinlər, acı sözlər söyləsinlər. Demək ki, rolumu ustalıqla oynamışam. Mənfi obrazı elə canlandırmalısan ki, hamı sənə nifrət etsin, müsbəti də elə oynamalısan ki, hamı səni sevib, qəbul etsin. Tamaşaçı qərarsız qalırsa, deməli, sən işinin öhdəsindən layiqincə gələ bilməmisən.

Məsələn, “Fəryad” filmində Xalq artisti Məlik Dadaşov rolunu elə oynamışdı ki, hamı ona nifrət edirdi. Hətta onu erməni kimi qəbul edənlər də vardı. Bu da onu göstərirdi ki, aktyor rolunu məharətlə oynaya bilib”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu