Xəbərlər

Rusiyada xarici səfirliyin rəsmi nümayəndəsi mənzilində ölü tapıldı

Ekvadorun Rusiyadakı səfiri səlahiyyətlərinin icraçısı Moskvanın mərkəzindəki mənzilində ölü tapılıb.

53 yaşlı Xorxe-Patrisio-Talasios-Porras oktyabrın 10-da axşam saatlarından heç kimlə əlaqə saxlamayıb. Ertəsi gün narahat olan iki həmkarı onun Krivoarbat küçəsindəki mənzilinə gəlib və diplomatın öldüyünü görüblər.  

İlkin məlumatlara görə, o, ürək çatışmazlığından vəfat edib. Diplomatın üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.

Mənbə: “Baza” “Telegram”

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu