Ölkə

Vəfat edən tələbənin və məktəblinin görüntüsü – FOTO

Bakıda daha bir məktəbli vəfat edib.

Nərimanov rayonu Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbin 2-ci sinif şagirdi Quliyev Çingiz Səbuhi oğlu xəstəxanada dünyasını dəyişib.

Bildirilib ki, martın 27-də yüksək temperaturla Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilən azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Bir neçə gün davam edən müalicəyə baxmayaraq, Ç. Ş. Quliyev vəfat edib.

Allah rəhmət eləsin! / MilliTv.NET

***

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin tələbəsi vəfat edib.

Bu barədə Sosial və Aqrar-Texnoloji Kolleci məlumat yayıb.

Bildirilib ki, “Ətraf mühitin mühafizəsi və bərpası” ixtisasının III kurs tələbəsi Əliyev Əlirza Əlikramoviç pnevmoniyadan dünyasını dəyişib.  / MilliTv.NET

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu