İsrailin əsas hədəfi “İran problemi”ni aradan qaldırmaqdır

“İran müdaxilə edib, İsrailə qarşı müharibəyə liderlik etsə, ABŞ da bunun qarşısını almaq üçün müharibəyə qoşulacaq. Bu halda ordusu və kəşfiyyatı haqda əfsanələr yaradılmış, əslində isə gücü yetərli olmayan, tükdən asılı İsrail üçün İran məsələsinin həllinə fürsət və imkan yaranacaq”.
Millinews.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Şahin Cəfərli deyib. O hesab edir ki, bunun üçün qarşıdurmanın miqyasını böyütməyə və İranı bu işin tam mərkəzinə çəkib, gətirməyə ehtiyac var:
Analitikin fikirlərinə görə, bu üç rejim də Fələstin məsələsinin ədalətli həllində maraqlı deyil və istənilən sülh prosesini pozmağa hazırdır:
“Əminəm ki, sabah İsraildə sülhsevər bir hökumət iş başına gəlib, hətta 1967-ci il sərhədlərinə geri çəkilməyi qəbul etsə, HAMAS, İslami Cihad və digər radikal fələstinli qruplar, İran və onun “Hizbullah”ı bunu yetərli görməyəcək və İsraildən 1947-ci il vəziyyətinə geri dönməyi tələb edəcəklər. Yəni bu gün çoxlarının hesab etdiyi kimi, İsrailin ciddi güzəştlərə getməsinin də bölgəyə sülh gətirəcəyinin bir təminatı yoxdur”,- sitatın sonu.
Gülbəniz Hüseynli / Millinews.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.