Xəbərlər

Qızarmış yemək və siqaret kişilərdə damarları tutur

yemek

Ateroskleroz – damar tutulması ürək üçün təhlükəli faktordur. Daha çox kişilər risk altındadır.

Millinews.az medicina.az-a istinadən xəbər verir ki, kardioloq Yuliya Marşinçeva damarları tıxayan xolesterin tıxaclarını yaradan səbəbləri açıqlayıb.

“Hər şey qanda yağ birləşmələri, xolesterinin artması ilə başlayır. Bu yağ arteriyaların iç divarında yığılaraq, zamanla artır və normal qan dövranını pozur. Bu zaman ürəyə gedən koronar damarlar daha çox zədələnir. Ateroskleroz işemiya yaradır, yəni ürək kifayət qədər qidalanmır. Kişilərdə aterosklerozun səbəbi daha çox siqaret çəkmək, qızartma yeməkləri həddən artıq yeməkdir.

Ona görə kişilərdə damar problemləri 30 yaşdan başlayır.

Kişilər 30 yaşından artıq qanda xolesterini yoxlatmalı, lipid sıxlığını nəzarətdə saxlamalıdır”, – kardioloq qeyd edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu