Xəbərlər

ABŞ-də silahlı insident: 22 nəfər öldü

336338db 9ced 31ab a32c 7aa21a2dea15 850

ABŞ-ın Men ştatının Lyuiston şəhərində qeydə alınan atışma nəticəsində ölənlərin sayı artıb.

Bu barədə Millinews.az “dailymail”ə istinadən xəbər verir.

Qeyd olunub ki, AR-15 yarımavtomat tüfənglə silahlanmış şəxs şəhərin üç hissəsində insanları atəşə tutub.

Nəticədə 22 nəfər ölüb, 60 şəxs isə yaralanıb. Hazırda şəhər xəstəxanasında insan axını müşahidə edilir. Polis şübhəli şəxsin axtarışlarını davam etdirir.

X X X

ABŞ-ın Men ştatının Lyuiston şəhərində baş verən atışmada ölənlərin sayı 16 nəfərə çatıb.

Bu barədə Millinews.az “CNN”ə istinadən xəbər verir.

Hələ ki, kimliyi məlum olmayan şəxsin avtomatdan açdığı atəş nəticəsində 60 nəfər yaralanıb.

Ştat polisi şəhər sakinlərini evlərində qalmağa çağırıb. Şübhəli şəxs hələ də azadlıqdadır və onun axtarışları davam edir.

X X X

Amerikanın Lyuiston şəhərində (Men ştatı – Qeyd) baş verən atışma nəticəsində 10-dan çox adam ölüb, onlarla insan yaralanıb.

Millinews.az xəbər verir ki, bu barədə ABC telekanalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, atışma yerli bar və boulinq meydançasında baş verib. Şübhəli şəxs hələ də azadlıqdadır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu