Ağ Ev ƏMR VERDİ: İraqdakı diplomatik missiyanın…
İraqdakı Amerika diplomatik missiyasının bəzi üzvlərinə təxliyə əmri verilib.
Millinews.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb .
Qeyd edilib ki, Amerika hakimiyyəti diplomatik missiyanın kritik işi ilə əlaqəli olmayan dövlət işçilərinin və onların ailə üzvlərinin ABŞ-ın Bağdaddakı səfirliyindən və ABŞ-ın Ərbildəki Baş Konsulluğundan getməsinə icazə verir.
Dövlət Departamenti bu qərarı təhlükəsizlik təhdidlərinin artması ilə izah edib.
Bundan əvvəl Amerika hərbçilərinin İraqın qərbində yerləşən Ayn əl-Əsəd hərbi bazası “Qrad” reaktiv yaylım atəşi sistemləri ilə atəşə tutulub. Hərbi obyektin ərazisinə bir neçə raket düşüb. Təftiş aparmaq üçün bazaya və ətraf ərazilərə girişlər təhlükəsizlik qüvvələri tərəfindən bağlanıb.
Hüseyn İbadlı