“Qarabağ”ın oyunçusuna 7 milyonluq qiymət – Klubdan GEDİR?

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski caru mövsümünün sonunda komandanı tərk etməyə hazırlaşır.
Çempionlar Liqasındakı çıxışı ilə diqqət çəkən 25 yaşlı qolkiperə həm Polşadan, həm də digər Avropa klublarından ciddi maraq var. Futbolçunun özü də son müsahibələrində gələcəyi ilə bağlı ipucları verib. O, hələ qış fasiləsində ölkəsinə qayıtmaq və in təklifini dəyərləndirmək istədiyini, lakin klubun buna icazə vermədiyini bildirib.
Bundan əlavə, Koxalski bu yaxınlarda İngiltərənin “The Sun” nəşrinə danışaraq, karyerasını Böyük Britaniyada davam etdirmək arzusunda olduğunu gizlətməyib.
Qeyd edək ki, polşalı qapıçının “Qarabağ”la 2027-ci ilin iyununa qədər müqaviləsi olsa da, müəyyən edilmiş təzminat ödənilərsə, transferi reallaşa bilər. Polşa mətbuatı bu sərbəstqalma məbləğinin 7 milyon avro olduğunu iddia edir.(Qol.az)



