İdman

Məşhur müstəntiq PAYLAŞDI – Bu mənzərədən sonra Cola içməyə birdəfəlik son qoydum

Keçmiş müstəntiq, yazıçı Müşfiq Abbasov “Coca-Cola” şirkəti ilə bağlı maraqlı paylaşım edib.

Onun fikirlərini olduğu kimi təqdim edirik:

Bakı şəhər prokurorluğunda işləyəndə Xırdalanda qəribə bir hadisə olmuşdu. Belə ki, həmin ərazidə yerləşən “Cola” şirkətlərindən birinin zavodunda çənlərdən biri partlamışdı. Bu çəndə içkinin tərkibinə vurulan qaz yerləşirdi. Tənzimləmə mexanizmi işə düşmədiyinə görə çəndə təzyiq çoxalmış və necə partlamışdısa çən 2 km-dən çox havada uçaraq Bakı-Sumqayıt yolunun üstündən keçib yaşayış evlərindən birinə çırpılmışdı. Yaxşı ki, xəsarət filan yox idi. Nəysə, bu işlə bağlı zavodun içinə daxil oldum. Gördüyüm mənzərə məni dəhşətə gətirdi. Hər yer çirkab…colanın plasmas qablarının yuyulduğu su çəninin içərisi biabırçılıq…Təsəvvür edin suyun rəngi palçıqdan heç fərqlənmir. Zavodun divarları dibində qaçan siçanlar cola qablarının üstündən keçib gedir. Həmin günədək bəzən mən də cola içirdim. Amma həmin gün gördüyüm mənzərə colaya birdəfəlik son qoymağıma gətirib çıxardı. İndi bəzən oğlum məndən gizli cola sifariş verir. Bu mətni yazıram ki oğlum da oxusun və siz də uşaqlarınıza göndərin. Onlara izah edin ki, içdikləri colanın içərisində siçan qığına qədər var. İndi özünüz baxın….

1cbf56d2 3ede 471b b2f3 95e1af8db850
https://widget.notliveyet.com/astuff/all/azflat-1.html

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu