Xəbərlər

Rusiyada şagirdlər sinif yoldaşının onurğasını qırdılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sankt-Peterburqun Primorski rayonunda yeddi yaşlı uşağın onurğa sütunu sınıb. İnsident məktəbdə tənəffüs zamanı baş verib.

Belə ki, birinci sinif şagirdləri arasındakı oyun xoşagəlməz sonluqla bitib. Uşaqlar sinif yoldaşlarından birini zorla əlindən və ayağından tutaraq kürəyi üstə partanın üzərinə atıblar.

Dərsdən sonra oğlan boynundakı şiddətli ağrılardan şikayət etməyə başlayıb və valideynləri onu tibb müəssisəsinə aparıblar.

Zərərçəkənə fəqərələrdən birinin sınığı diaqnozu qoyulub, lakin ailəsi uşağı xəstəxanaya yerləşdirməkdən imtina edib.

Birinci sinif şagirdinin valideynlərinin hüquq-mühafizə orqanlarına müraciət edib-etmədiyi məlum deyil.

Mənbə: gazeta.ru

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu