Xəbərlər

Millinews.az – Şəmkirdə ağır qəza: Ölən və xəsarət alanlar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkir rayon Yeniabad kənd ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib.

Qeyd olunub ki, “Ford” və “Lada” markalı avtomobillərin toqquşması zamanı “Lada” yanıb.

Hadisə nəticəsində “Lada”nın sürücüsü, 2003-cü il təvəllüdlü Kənan Yusibov ölüb, 2007-ci il təvəllüdlü Məhəmməd Hümbətov isə xəsarət alıb.

“Ford” markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Elşən Mahmudlu da müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

14.10.2023, 23:04

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kür qəsəbəsi yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan “Ford” markalı yük maşını ilə “Lada Priora” markalı minik avtomobili toqquşub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunublar.

Qəza zamanı bir nəfər hadisə yerində ölüb, xəsarət alanların olduğu bildirilir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu