İdman
12 gün ardıcıl iş olmayacaq – Novruz bayramı ilə bağlı inanılmaz dəyişiklik

Novruz və Ramazana bayramları ilə bağlı 12 gün qeyri-iş günü olacaq.
Teleqraf-ın xəbərinə görə, martın 20-dən 27-dək qeyri-iş günü idi.
Baş nazir Əli Əsədovun bu gün imzaladığı qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.
Beləliklə, 27-28 mart da istirahət günü hesab ediləcək.
29-30 mart tarixləri isə şənbə və bazar günlərinə düşür. Martın 30-u və 31-i Ramazan bayramı qeyd olunur.
Bununla da martın 20-dən aprelin 1-dək qeyri-iş günü hesab olunacaq.