İdman

Yaşar Nurinin ölümündən 13 il ötür, adına nə küçə var, nə ev muzeyi… – Həyat yoldaşından təsirli sözlər 

“Yaşar dünyasını dəyişdiyi bir il idi zəng etdilər ki, yaşadığı binanın önündə memorial lövhə qoyulacaq. Söhbət Heydər Əliyev sarayının yaxınlığındakı evdən gedir ki, Yaşar orada 17 il yaşayıb. Gediş-gəlişli yol olduğu üçün orada lövhənin olması yaxşı olardı. Dedilər ki, gözləyin sizə deyəcəyik. 12 ildir gözləyirəm. Daha sonra küçə adı ilə maraqlandım. Mənə dedilər ki, Yaşar Nurinin adının veriləcəyi küçəni hələ tapmamışıq, tapanda sizə deyərik. Bütün bu hadisələrin üstündən 12 il ötür”.

Bunu Medianews.az-a açıqlamasında görkəmli sənətkar, Xalq artisti Yaşar Nurinin ömür-gün yoldaşı Rəhimə Nuriyeva deyib.

O daha sonra əlavə edib: “Sonuncu dəfə mədəniyyət nazirinin qəbuluna gedəndə məni müavinlərindən biri qarşıladı. Heç bilmirəm hansı müavinidir. Bilmək də istəmirəm. Yenə də küçə adını xahiş etdim. Dedi ki, 75 illik yubileyinə yaxın biz bu işləri həll edəcəyik. Dedim ki, şəhərdə küçə adı vermirsinizsə verməyin, Maştağada verin. Çünki o köklü Maştağalıdır. Əksər sənətkarların ailə üzvləri şəhər mərkəzlərini istəyirlər, mən Maştağaya da razı idim. Amma heç Maştağada da vermədilər. Hətta bu xahişlərlə bağlı nazirliyə müraciət edəndə mənə dedilər ki, Yaşar Nuri sağlığında hər şeylə təmin edilib. Mən bunu bilirəm, dövlətimiz, ölkə başçımız hər zaman sənətkara diqqətlə yanaşıb. Amma söhbət dünyasını dəyişəndən sonra müəyyən qurumların göstərdiyi diqqətdən gedir. Halbuki o qurumların heç birindən bir damcı da diqqət və qayğı görməmişik. Bir insan çıxıb demir ki, bu sizin borcunuz və vəzifənizdir”.

344748e83754eccdee26ca3a8d0966c7img 25012022 233110 815 x 500 pixel

Sənətkarın ömür-gün yoldaşı təxminən üç dəfə Mədəniyyət Nazirliyinə müraciət etdiyini, lakin nazirin qəbuluna düşə bilmədiyini vurğulayıb: “Nazir şəxsən özü qəbul etməyib. Müavinləri qəbul edib. Dəfələrlə elektron müraciət də ünvanlamışam. 13 ildir Yaşar dünyasını dəyişib hələ də adına küçə yoxdur. Amma 2-3 il dünyasını dəyişən sənətkarların adına yaşadıqları və yaxud doğulduqları ünvanda küçə adları var. Bu qanuni olan bir şeydir. Bunu nazirlik aidiyyəti qurumlara təklif edir və onlar da həll edirlər. Küçə adları nə mənə, nə qızlarıma, nə də qohumlarıma lazım deyil. Biz Yaşarı tanıyırıq. Böyüyən və yetişən gənc nəsil var. Heç olmasa o küçədən keçəndə başını qaldırıb sual versin ki, Yaşar Nuri kim olub? Girib internetdə maraqlansın. O vaxt ev muzeyi yaratmağı təklif etdim. Min bəhanə gətirdilər, yaylıq götürüb ağladılar ki, gərək büdcə ayrılsın. Məcbur qalıb uzaqlaşdım”.

1669097374 1542894058 z

R.Nuriyeva küçə adı verilməsi üçün maliyyə vəsaitinə ehtiyac olmadığını diqqətə çatdırıb: “Bunun üçün büdcəyə ehtiyac yoxdur axı. Bir lövhədir ad və soyad yazılacaq üstünə. Mən o boyda titulları olan sənətkarın həyat yoldaşıyam. Əgər mənə belə münasibət varsa, gör adi, mədəniyyət sahəsində işləyən sıravi sənətçiyə nə qədər zərbələr endirilir. Həyatda hər şeyi pul həll etmir. Gələcək nəsil var. Təbliğat yoxdur. Pis şeyi təbliğ edirlər, amma hamıya lazımlı nələrisə təbliğ edən yoxdur. Bunu da nazirliyə təklif etdim ki, televiziyada ayda bir dəfə nəinki Yaşarın, eləcə də digər sənətkarların oynadığı televiziya tamaşalarının təhlili getsin. Məktəbin yuxarı sinif şagirdlərini və tələbələri yığıb ustad dərsi keçsinlər. “Səni axtarıram” televiziya tamaşası elə böyük dərs vəsaitidir də. Qoy tələbələr araşdırsınlar ki, saf sevgi həyatda necə olur. Yüz dəfə demişəm, bu qulaqdan alıb, o biri qulaqdan veriblər. Başları ancaq göstəriş üçün keçirilən festivallara qarışıb. Göy “qalıçka” qoysunlar ki, biz bu tədbiri də etdik. Ona görə də mənəviyyata qulluq edən insanlar azalıb”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu