MaqazinÖlkə

“Corab satdığım günləri unutmuram”

“Azərbaycanın ən möhtəşəm səs yarışması “Yeni Ulduz” yetirmələrindən biriyəm mən. Bakalavr təhsilimi texniki sahə üzrə olsa da Mübariz Tağıyev, Ruhəngiz Qasımova dərsi keçmişəm. Düşünürəm ki, məmləkətimizin musiqi camiəsində kifayət qədər də uğurlarım var. Amma əvvəlki Elvin idimsə, indi də həmin Elvinəm. Çünki keçmişimi unutmuram”.

Bu sözləri müğənni Elvin Mirzəyev instaqram səhifəsində paylaşdığı postda yazıb.

Keşməkeşli həyatını unutmadığını söyləyən ifaçı karyerasında əldə etdiyi uğurlarından bəhs edib:

“40 kvadlıq evdən çıxdığım unutmuram. Bazarda corab satdığım günləri unutmuram. 1 ayaqqabını 4-5 il geyindiyimi unutmuram. Hə, kimsə ya və ya kimlərsə deyə bilər ki, ona (onlara) qarşı başqayam, bilsin(lər) ki, düz edirəm. Hər şey qarşılıqlıdır. Çətin günlərimdə məni ciddiyə almayan, uğurlarıma sevinməyən, mənə inanmayan insanlara niyə hörmət edim ki? Niyə? Axı cəhənnəm maddi, heç mənəvi dəstəyinizi görməmişəm. Şükür bu günümə. Müvəffəqiyyət Allahdandır. Allaha sonsuz şükürlər olsun. İndi yaşadığım həyat isə bir vaxtlar xəyal etdiyim həyat idi. Özünə inam və zəhmət uğurun yarısıdır. Özəmkar olmaq uğurun yarısıdır. Mənə inanan, uğurlarıma sevinən, yanımda olan, mahnılarımı sevərək dinləyən, sənətimi qiymətləndirən hər kəsi sevirəm. Çalışacağam ki, yaşadığım müddətcə bu etimadınızı doğruldum. Yaxşı ki, varsınız”. (OLAY)

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu