İdman

Açıq görüntüləri yayılan şəxs görün kim imiş – FOTO

Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının rayon polis idarəsinə müraciəti əsasında sosial şəbəkələrdə onları təhqir edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, əvvəllər məhkum olunmuş, 1954-cü il təvəllüdlü, “Qayğı-1” kiçik müəssisəsinin direktoru Əskərov Fəxrəddin Sultan oğlu sosial şəbəkələrdə qeyri-etik görüntülər yaymaqla vəzifəli şəxsləri qanunsuz tikinti cəhdinin qarşısını aldıqlarına görə təhqir edib.

Polis əməkdaşları tərəfindən saxlanılan F.Əskərov barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.

Qeyd edək ki, F.Əskərov sosial şəbəkədə özünün çılpaq videosunu yayaraq orada qeyri-etik ifadələrlə işçilərini təhqir və təhdid edib. 

dc6dbedcfa58487bb2c35ed53f5a306f

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu